Modern.az

Vaqif Şadlinskinin 79 yaşına  

Vaqif Şadlinskinin 79 yaşına   

22 Yanvar 2019, 22:12

Bizə bu soyadı Abbasqulu ağa sevdirdi. Biz onun obrazında Azərbaycan kişisinə xas olan bütün cəhətləri tapdıq. Və yaddaşımıza Azərbaycan kişisinin nümunəsi kimi əbədi həkk oldu...
Bəli, Şadlinskilər şəcərəsində elə bir insan yoxdur ki, bu nəsilə xas olan keyfiyyətləri özündə ehtiva etməsin. Necə deyərlər, hər biri bir şəxsiyyətdir, Azərbaycan kişisinin bariz nümunəsidir…

Professor Vaqif Şadlinski də bu şəcərənin davamçısıdır, damarlarında bu soyun qanını daşıyır. Onunla cəmi bir dəfə ünsiyyətdə olmuşam və hiss etmişəm ki, üz-üzə dayandığım şəxs sözün əsl mənasında əzəmətli, görkəmli kişilərdən biridir…

O, 1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda dünyaya gəlib. 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşıb. 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, 1963-cü ildə müvəfəqiyyətlə qəbul imtahanlarını verərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olub və oranı da uğurla başa vurub...

2009-cu ildən Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb. BMT-nın təltiflər şurası tərəfindən "I dərəcəli Hippokrat ordeni" ilə təltif olunub. Elə həmin il Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib və həmin akademiya tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.
2010-cu ildə Avropa Elmi Cəmiyyətinin rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində "Avropanın Fəxri Alimi" diplomuna və "Robert Kox adına medal"la təltif olunub.

2010-cu ildə prezidentin sərəncamı ilə "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.
Yanvarın 24-də Vaqif Şadlinskinin 79 yaşı tamam olur. Onu uzaq Amerikadan təbrik edir, ona möhkəm cansağlığı, ağrı-acısız günlər arzulayırıq.
79 yaşınız mübarək, Vaqif müəllim!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı