Modern.az

Paşinyan Davosda İlham Əliyevlə görüşmək istəyir

Paşinyan Davosda İlham Əliyevlə görüşmək istəyir

22 Yanvar 2019, 22:18

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş niyyətindədir. Modern.az xəbər verir ki, bu barədə N.Paşinyan “RİA Novosti”yə açıqlamasında bildirib.

 

“Bəli, bu, qeyri-rəsmi görüş olacaq”, - Paşinyan İlham Əliyevlə görüş istəyi barədə danışarkən bildirib.

 

Mətbuat konfransındakı açıqlamasında isə “Prezident İlham Əliyevlə nə vaxt görüşəcəksiniz” sualına “tezliklə”,- deyə bildirib.

 

Görüşün bu gün olacağı istisna edilmir.

 

Eyni zamanda, Prezident İlham Əliyev “RİA Novosti”yə açıqlamasında Ermənistan rəhbərliyi ilə tammmiqyaslı heç bir görüş olmadığını, ancaq bir neçə “faydalı söhbət” aparıldığını deyib. Prezidentin sözlərinə görə, MDB sammiti çərçivəsində baş tutan bu söhbət tərəflərin mövqeyinin müəyyənləşməsi və Qarabağ danışıqlarının aktivləşməsi baxımından faydalı olub.

 

Azərbaycan lideri həmçinin bu istiqamətdə erməni tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı