Modern.az

Saakaşvili Timoşenkonun namizədliyini dəstəklədi

Saakaşvili Timoşenkonun namizədliyini dəstəklədi

Dünya

23 Yanvar 2019, 11:12

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada keçiriləcək prezident seçkilərində “Batkovşina” partiyasının sədri Yuliya Timoşenkoya dəstək verdiyini açıqlayıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Yuliya Timoşenko mənim Ukrayna vətəndaşlaığımdan qanunsuz məhrum edildiyim zaman dəstəyini göstərdi. Ümid edirəm ki, o, Pyotr Poroşenkonun quldur dəstəsini hakimiyyətdən qova biləcək”.

 

Saakaşvili 2008-ci ildə Rusiya ilə müharibə zamanı da Yuliya Timoşenkonun baş nazir kimi Gürcüstana yardım göstərdiyini xatırladıb.

 

Ukraynada prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 13-ə çatıb. Seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır