Modern.az

Azərbaycanlı deputat AŞPA-da internet idarəçiliyindən danışdı

Azərbaycanlı deputat AŞPA-da internet idarəçiliyindən danışdı

Aktual

23 Yanvar 2019, 21:18

“İnternet idarəçiliyi və insan hüquqları” məruzəsində internetin bir sıra insan hüquqlarının reallaşmasında, bərabərsizliyə qarşı mübarizədə, inkişafın sürətləndirilməsində və bəşəriyyətin təkamülünün sürətləndirilməsində əvəzsiz rolu xatırlanıb. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev qurumun Liberal Demokratlar qrupu adından “İnternet idarəçiliyi və insan hüquqları” məruzəsinin müzakirələri zamanı söyləyib. O bildirib ki, internetin bəşəriyyətin iqtisadiyyat, sosial, ticarət, maliyyə, innovasiya, azadlıqların icrası kimi bütün sahələrində böyük potensialı var.

Qeyd edib ki, bu günə qədər görülən işlərə baxmayaraq, milli səviyyədə rəqəmsal bölgü, dövlət senzurası və təkmilləşdirilmiş kibertəhlükəsizlik imkanları sahələrində hələ görüləcək çox işlər var. Bu gün yaşadığımız rəqabətliliyin artdığı və dinamik dünyada, insan hüquqlarının bir hissəsi olan təhlükəsizliyin qorunub saxlanması üçün internet əsas amildir.

 

Azərbaycanlı deputat dünyanın inkişafını elektron rabitə vasitələrsiz təsəvvür etmək mümkün olmadığını, insanların qarşılıqlı əlaqəyə ehtiyacları olduğunu vurğulayıb.

Bildirib ki, beynəlxalq konsensus və standartların yaranması prioritet olmalıdır. Dünyada internet idarəçiliyi mühitinin yaradılmasına ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI