Modern.az

Məhəmməd Salah sosial şəbəkə hesablarını bağladı

Məhəmməd Salah sosial şəbəkə hesablarını bağladı

Aktual

23 Yanvar 2019, 21:59

“Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib. Modern.az xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”.

Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür