Modern.az

Venesuelada hakimiyyət çevirilişi: ABŞ müxalifət liderini qanuni prezident kimi tanıdı 

Venesuelada hakimiyyət çevirilişi: ABŞ müxalifət liderini qanuni prezident kimi tanıdı 

23 Yanvar 2019, 22:43

Venesuelanın paytaxtı Karakasda minlərlə insan küçələrə axışıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, etiraz edənlər prezident Nikolas Maduronun həm əleyhdarları, həm də tərəfdarlarıdır. Onlar şəhərin əsas magistral yolunu bağlayıblar.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.

Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıdı. Tramp bir az əvvəl bu barədə bəyanatla çıxış edərək bütün dünyanı eyni addımı atmağa çağırıb.

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir