Modern.az

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb

24 Yanvar 2019, 00:14

İran Fars körfəzində yeni neft ehtiyatı aşkar edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin neft naziri Bijən Namidar Zəncənə deyib.

 

O, Fars körfəzindəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunduğunu deyib.

 

Abadan bölgəsində ilk dəfə neft aşkar edildiyini deyən nazir “qara qızıl”ın çox yüngül və az kükürdlü olduğunu bildirib. Kəşf edilən neftin həcminin təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.

 

İran Milli Neft Şirkətinin məlumatına görə, ölkənin təxminən 155 milyard barel xam neft ehtiyatı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...