Modern.az

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi

AŞPA media xidmətinə dair qətnamə qəbul etdi

24 Yanvar 2019, 00:56

Avropa Şurası Parlament Assambleyası (AŞPA) dezinformasiya və təbliğat kontekstində ictimai media xidmətinə dair qətnamə qəbul edib. Modern.az “Report”a istinadən məlumatına görə, qətnamədə göstərilir ki, ictimai mətbuat orqanları demokratik cəmiyyətlərimizdə vacib missiya daşıyırlar.

 

"Dezinformasiya, təbliğat və nifrət yaradan müzakirələrin ifrat dərəcədə artdığı yeni media mühitində, ictimai mətbuat ədalətli rəyləri və doğru informasiyaları ilə informasiya xaosu fenomeni ilə mübarizə üçün əlverişli mövqeyə malikdir", - deyə sənəddə bildirilir.

 

Qətnamədə deyilir ki, maarifləndirmə proqramları həyata keçirməklə və insanlarda informasiya və gəldiyi mənbələrə münasibətdə tənqidi yanaşmanı inkişaf etdirməklə ictimai mətbuat dezinformasiya və propaqandaya qarşı mübarizədə yaxından iştirak etməlidir.

 

Assambleya üzv ölkələrə informasiya özbaşınalığının ictimaiyyətə təsirini öyrənmək məqsədilə informasiya xaosuna dair tədqiqatlar aparmağı tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi