Modern.az

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz  

2019-cu ilin trendləri - Bu işlərdən daha çox pul qazana biləcəksiniz   

24 Yanvar 2019, 08:43

2019-cu ilin trendlərini araşdıran alimlərin proqnozlarına görə, bu ilin daha çox gəlir gətirəcək, tələbat yaradan sahələri aşağıdakılardır. 


Kənd təsərrüfatı, tərəvəzçilik

Tərəvəz yeməkləri ilə qidalanma, vegan (heyvan mənşəli olmayan qidalardan istifadə) həyat tərzi dünyada sürətlə yayılır. Ona görə, hazırkı dönəmdə tərəvəz istehsalı və satışına yatırılacaq investisiya qısa müddətdə böyük qazanc gətirə bilər.

Təkrar emal

Ətrafa verdiyi ziyan ucbatından, xüsusilə, plastik torba, şüşə qablar kimi birdəfəlik istifadə üçün nəzərdə tutulan vasitələrə tələbat getdikcə azalır. Beləliklə, yenidən emal edilmiş məhsulların satışı da genişləndiyindən gələcəkdə bu sahəyə tələbatın yüksələcəyi gözlənilir.

Heyvanlara lüks xidmət

Son zamanlar dünyada ev heyvanlarına lüks qayğı xidməti təklif edən pişik, it otelləri populyarlıq qazanıb. Müraciətlər çox olduğuna görə, bu biznesin inkişafı da sürətlənir.

Qaş estetikası

Məlum məsələdir ki, son onillikdə kosmetologiya, estetik prosedurlar, plastik əməliyyatlar geniş yayılıb. İnsanlar üz və bədən quruluşlarında dəyişiklik etmək üçün ən rahat vasitə olaraq, kosmetoloqlara müraciət edirlər. Qaş döyməsi etdirmək xüsuilə, məhşur dəbə çevrilib. Bu il də "nanoblading” texnikası ilə qaşlara tük əkdirmək geniş müraciət edilən sahə olacaq.

Şəxsə özəl kosmetik vasitələrin istehsalı

Əvvəllər kosmetik vasitələr ümumi xüsusiyyətlərə uyğun istehsal edilirdi. İnsanlar seçim edərək, üstünlük verdikləri vasitələrdən yararlanırdılar. Son zamanların trendi isə hər hansı şəxsin saçının tipinə görə xüsusi şampun, dərisinin rənginə görə kosmetik məhsulların istehsalıdır. Bu, 2019-cu ilin ən sürətli yayılan sahələrindən birinə çevrilib.

Şəxsi tibbi nəzarət

Artıq bir çox adam gündə neçə addım atdığını, nə qədər kalori aldığını, itirdiyini mobil tətbiqetmələr sayəsində izləyə bilir. 2019-cu ildən başlayaraq, bu sahənin daha maraqla qarşılanacağı, texnologiyanın imkanları ilə inkişaf etdiriləcəyi qeyd olunur.

Sınmış qiymətli qabların təmiri

XV əsrdə Yaponiyada meydana gələn “Kintsugi” sənəti sındıqdan sonra əvvəlki vəziyyətinə qaytarıla bilməyən əşyaların təmirini ehtiva edir. Qızıl, gümüş və platin tozundan yapışqan kimi istifadə edilməsi  ilə məşhur olan bu sənətə maraq getdikcə artır. 2019-cu ildə də bu sahə populyar peşələr sırasında olacaq.

İkinci əl məhsulların satışı

Artıq evləri az əşya ilə döşəmək dəb halını almağa başlayıb. İnsanlar ikinci əl olan, istifadəyə yararlı əşyalarını satır və ya icarəyə verirlər. Həm bu satışlardan əldə edilən gəlirə, həm də alıcı və satıcı arasında vasitəçiliyə görə qazanclı sahəyə çevrildiyindən buna maraq artır.  Xüsusi elektron saytlar, tətbiqetmələr, mağaza şəbəkələri yaratmaqla ikinci əl məhsulların satışında vasitəçiliyi biznesə çevirmək olar.

Çiçək yetişdirmək

2000-ci illərdə başlayan evdə bitki saxlamamaq trendi artıq dəbdən düşüb. Son zamanlar insanlar evlərini dipçək bitkiləri ilə bəzəməyə maraq göstərirlər. Bu baxımdan, çiçək mağazalarında dibçək güllərinin satışı daha çox gəlir gətirməyə başlayıb.

Rəqəmsal Klinika

Texnologiya əsrinin ən böyük problemlərindən biri telefon, planşet asılılığının artmasıdır. Mütəxəssislər bu asılılıqdan xilas olmaq üçün müxtəlif müalicə üsulları da ərsəyə gətirirlər. Bu sahədə məşhurlaşmağa başlayan rəqəmsal müalicə klinikalarına da tələbat get-gedə artmaqdadır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi