Modern.az

Putin Venesueladakı çevrilişi dəstəkləmədi

Putin Venesueladakı çevrilişi dəstəkləmədi

24 Yanvar 2019, 09:19

Rusiya Federasiyası Venesuelada qanuni prezident olaraq Nikolas Maduronu tanıyır. Baxmayaraq ki, ölkədə baş vermiş hakimiyyət çevirilişi nəticəsində Xuan Quaydo keçid dövrü üçün müvəqqəti prezident elan edilib, rəsmi Moskva Rusiyanın mövqeyi dəyişməz qaldığını bildirib.


Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bui barədə Federasiya Şurasında bildirilib.

 Kreml ABŞ prezidenti Donald Trampı Venesuelanın işlərinə kobud şəkildə müdaxilədə də ittiham edib.
 

Qeyd edək ki, ötən gün Venesuelanın paytaxtı Karakasda əhali prezident Nikolas Maduronun istefası tələbilə ayağa qalxıb.

Aksiyaçılar qarşısında çıxış edən parlamentin sədri Xuan Quaydo prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü elan edib.


Artıq ABŞ Venesuela müxalifətinin lideri, parlamentin sədri Xuan Quaydonu qanuni prezident kimi tanıyıb.

Hazırda etirazları davam etdirən xalq Maduronun hakimiyyətdən əl çəkməsini tələb edir.


ABŞ-ın ardınca Kanada, Argentina, Çili, Ekvador, Paraqvay, Kolumbiya, Kosta Rika, Braziliya, Cənubi Amerikanın bir sıra dövlətləri də Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. ABŞ, Kanada, Fransa isə daha əvvəl yeni prezidentə dəstək verib.


Meksika və Boliviya isə Maduronu ölkənin qanuni lideri hesab edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir