Modern.az

Azərbaycanda tələbələrin köçürülməsi başlandı

Azərbaycanda tələbələrin köçürülməsi başlandı

1 Fevral 2019, 09:18

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın  7-dək davam edəcək. 


Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı //transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...