Arxiv
24 Yanvar 2019, 12:24 | MƏDƏNİYYƏT
İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" üçün mahnı qəbulunu elan edib.

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.

Belə ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: “Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır”.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nın rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Eurovision - 2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən [email protected] ünvanına göndərə bilərlər.

Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində yekunlaşacaq

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17