Modern.az

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi  

Deputatın böyük oğlu İsveçrədə ölən qardaşını gətirməyə getdi   

24 Yanvar 2019, 12:39

Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədəki qış turizm mərkəzində xizək sürərkən qəzaya uğrayan oğlunun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.

 

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır.

“Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb. Mərhum Elçin Qasımovun nəşinin bu gün axşam saatlarında Azərbaycana gətirilməsi gözlənilir”.

 

Mərhumun 3 və 7 mərasiminin harada və nə zaman keçiriləcəyi barədə isə hələ ki tam məlumat yoxdur.

Xatırladaq ki, deputatın oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib. 

 

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır