Modern.az

Milli Aerokosmik Agentliyində yeni baş direktor TƏYİNATI  

Milli Aerokosmik Agentliyində yeni baş direktor TƏYİNATI   

24 Yanvar 2019, 13:00

Milli Aerokosmik Agentliyinə (MAKA) yeni baş direktor təyin olunub.

Qurumdan  Modern.az-a verilən məlumata görə, bu vəzifə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadova həvalə olunub. Bu təyinata qədər N.Cavadov "Sənayeavtomatika" İstehsalat Birliyinə rəhbərlik edib.

Natiq Cavadov 18 oktyabr 2011-ci il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. O, 2009-cu ildən "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən "Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə" elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" medalı ilə təltif olunmuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının sədridir. 200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi