Modern.az

“Separatcıya abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər gətirəcək” - Ruslan Hacıyev

“Separatcıya abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər gətirəcək” - Ruslan Hacıyev

Dünya

24 Yanvar 2019, 21:24

“Son günlərdə Axalkalaki munisipaliteti və bələdiyyəsinin verdiyi qərari, Mixail Avakiyana Buqaşen kəndində heykəl goyulmasını qətiyyətlə pisləyirəm”. Bu fikirləri Modern.az-a Gürcüstan parlamentindəki “Gürcü Arzusu” Fraksiyasının azərbaycanlı deputatı Ruslan Hacıyev bildirib.

Ruslan Hacıyev qeyd edib ki, məsələ ilə bağlı ciddi addımlar atılmalıdır: “Bir separatcıya abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərinə zərər gətirə biləcəyini düşünürəm. Gərəkən addımlar atılır və atılacakdır”.

 

 

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində həmin yaşayış məntəqəsində doğulmuş, Ermənistan ordusunun tərkibində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulub. Ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, deputatlar Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak ediblər.

Qarabağ müharibəsində ölən Mikail Avakyanın abidəsini və onun ətrafında salınan oyun meydançası xeyriyyəçi Qaqika Avaqyanın maddi dəstəyi ilə ərsəyə gətirilib.

Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Gagik Avaqyan birlikdə edib.

Terrorçu Mikail Avakyan Qarabağ müharibəsi başlayan zaman Ermənistan Ordusuna qoşulub, Azərbaycanın Xocavənd, Xocalı və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. Azərbaycanlı snayperin atəşi nəticəsində ağır yaralanan terrorçu xəstəxanaya aparılarkən yolda ölüb..

 

Məlumat üçün bildirək ki, bu Azərbaycanın haqlı narazılığına səbəb olub. Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı səfiri tərəfindən dərhal Gürcüstan XİN-də məsələ ilə bağlı görüş keçirib.  Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir