Modern.az

Maduro ABŞ-dakı bütün diplomatlarını geri çağırdı

Maduro ABŞ-dakı bütün diplomatlarını geri çağırdı

25 Yanvar 2019, 00:29

Venesuela hökuməti ABŞ-dakı bütün diplomatik nümayəndələri geri çağırmaq barədə qərar verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

 

Qeyd edək ki, ABŞ-ın Xuan Quaidonu Venesuela prezidenti kimi tanımasından sonra Maduro ABŞ-la diplomatik əlaqələri kəsmiş və amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələri barədə qərar vermişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi