Modern.az

Poroşenko ilə Timoşenkonun reytinqləri bərabərləşdi

Poroşenko ilə Timoşenkonun reytinqləri bərabərləşdi

Dünya

25 Yanvar 2019, 00:44

Ukrayna Prezidenti Pyotr Poroşenkonu növbəti dəfə prezident görmək istəyənlərin sayı artmaqdadır. Modern.az xəbər verir ki, Mixail Draqomanov adına Sosioloji Mərkəzin açıqladığı növbəti sorğunun nəticələrinə görə, prezident seçkiləri ilə bağlı Pyotr Poroşenko ilə Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun reytinqi bərabərləşib. Səsvermədə iştirak edənlərin 17,4 faizi Timoşenkoya, 17,1 faizi isə Poroşenkoya səs verib. 2018-ci ilin dekabr ayının sosioloji sorğusu ilə müqayisədə Poroşenko reytinqdə xeyli irəliləyib.

 

“Növbəti dəfə prezident seçkilərində kim qalib gələcək?” sualına sorğuda iştirak edənlərin 21,3 faizi Timoşenko, 21,1 faizi Poroşenko cavabını verib.

 

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır