Modern.az

Tanınmış jurnalistə nazirlikdə vəzifə verildi

Tanınmış jurnalistə nazirlikdə vəzifə verildi

Media

25 Yanvar 2019, 01:11

Tanınmış jurnalist Səfurə Çərkəzqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəyə təyinat alıb.


Modern.az-ın məlumatına görə, xanım jurnalist İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri  təyin edilib.  

Xəbəri nazirliyin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib.


Səfurə Çərkəzqızı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. 1997-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb.  "P.S. Gənclik”, "7 Gün”,  "Rezonans”, "Həftə içi” qəzetlərində,  "Lider” və ARB televiziyalarında  çalışıb. 

Nazirlikdəki təyinatdan öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi işləyib. 
O,  jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu.  "And olsun atlara!”  və "Sevdalılar ” adlı kitabların müəllifidir.  2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı