Modern.az

Gələn il İranın atom bombası olacaq

Gələn il İranın atom bombası olacaq

14 Dekabr 2009, 11:08

İran atom bombasının istehsalına dair işləri başa vurmaq üzrədir. Modern.az-ın məlumatına görə, bu barədə kəşfiyyat orqanlarından əldə etdiyi məxfi sənədlərə istinadən  “The Times” qəzeti xəbər yayıb.  Sənəddə İranın atom bombasının əsas komponenti - zəncirvari partlayış yaradan neytron detanatorunun sınaqdan keçirilməsi üzrə  4 illik planı əksini tapıb. Qəzetin yazdığına görə, bu planın icrasına   2007 –ci ilin əvvəllərindən başlanıb.  O vaxtdan artıq 4 il keçib və belə bir əminlik yaranıb ki, guya, İran özünün nüvə proqramını dayandırıb.   

Asiya ölkələrindən birinin kəşfiyyat orqanı da İranın 2007-ci ildən başlaypraq nüvə proqramı üzərində fəaliyyətini bərpa etdiyini təsdiqləyib. Beləliklə də atom bombasının gələn ilə hazır olacağını söyləmək olar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir