Modern.az

Qaregin: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur”

Qaregin: “Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur”

28 Noyabr 2011, 14:45

“Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin alternativi yoxdur. Münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində aparılan sülh danışıqları ilə həll edilməlidir”.
Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə erməni katalikosu II Qaregin İrəvanda MDB-nin Dinlərarası Şurasının konfransında çıxışı zamanı bildirib.

Qaregin deyib ki, Ermənistan hakimiyyəti öz qonşuları ilə sülhə və əməkdaşlığa hazır olduğunu  bəyan edib.  Qaregin Qarabağ münaqişəsinin həllinə yardım edə biləcək Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin planlaşdırılan üçtərəfli görüşünün baş tutacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, müasir dünya yeni təhlükə olan qloballaşma, iqtisadi böhran, Yaxın Şərqdə baş verən hadisələrlə üz-üzə qalıb.  Bütün bu hadisələr mənəvi dəyərləri təhlükə altına alıb. Bunun üçün Qaregin dini liderlərin əməkdaşlığının vacib olduğunu qeyd edib.
“Münaqişələrin həlli yollarını bir yerdə axtarmalıyıq”-deyə Qaregin bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir