Modern.az

Qana ilə QHT əməkdaşlığı başlayır

Qana ilə QHT əməkdaşlığı başlayır

Dünya

28 Noyabr 2011, 16:19

Qana təmsilçiləri Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün gedişi, əldə olunan nəticələr və mövcud problemlərlə maraqlanıblar

Mədən Sənayesində Şəffaflığı Artırılması QHT Koalisiyasının(MSŞT) mərkəzi ofisində Qanadan gəlmiş nümayəndə heyətilə görüş keçirilib.

MSŞT Koalisiyasının informasiya xidmətindən verilən məlumata görə, Qananın müxtəlif dövlət qurumlarını təmsil edən qonaqlar MSŞT Koalisiyasının fəaliyyətilə yaxından tanış olublar. Görüşdə Qana təmsilçiləri Azərbaycanda mədən sənayesində şəffaflığın artırılması təşəbbüsünün gedişatı, əldə olunan nəticələr və mövcud problemlərlə maraqlanıblar.

Koalisiya nümayəndələri qonaqları maraqlandıran suallara ətraflı şəkildə cavab verib, MSŞT-nin Azərbaycan reallıqlarına dair geniş təqdimatlarla çıxış ediblər. Qanalı qonaqlar MSŞT sahəsində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduqlarını və gələcəkdə Azərbaycanin QHT Koalisiyası ilə əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir