Modern.az

ABŞ-da ən uzunmüddətli “şatdaun” bitdi

ABŞ-da ən uzunmüddətli “şatdaun” bitdi

26 Yanvar 2019, 00:46

“Demokratlarla razılaşma əldə olunub. Bununla da “şatdaun”nun başa çatdığını deyə bilərik”. Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bildirib.

 

Tramp dövlət qurumlarının yenidən işi bərpa edəcəklərini bildirib.

 

Onun sözlərinə görə, razılaşma 3 həftə üçün nəzərdə tutulub və hökümət 15 fevrala qədər çalışacaq.

 

Qeyd edək ki, ABŞ-da ən uzunmüddətli “şatdaun” artıq 34 gündür ki, davam edir. 800 minə yaxın dövlət qulluçusu maaşsız qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı