Modern.az

ABŞ-ın Maduronu devirmək üçün hazırladığı gizli PLAN

ABŞ-ın Maduronu devirmək üçün hazırladığı gizli PLAN

26 Yanvar 2019, 13:17

Venesuela müxalifətinin lideri Xuan Quaydo ABŞ vitse-prezidenti Maykl Pensin zəngindən sonra özünü prezident elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazır.

 

Nəşr öz mənbələrinə istinadən bildirir ki, Pens Quaydoya hakimiyyəti öz əlinə alacağı təqdirdə ABŞ-ın ona dəstək verəcəyini açıqlamışdı.

 

Bu zəng Ağ Evin bir neçə həftə ərzində Maduronu hakimiyyətdən devirmək üçün hazırladığı məxfi planın tərkib hissəsi idi. Həmin plan çərçivəsində Quaydo Braziliya, Argentina və ABŞ-da gizli səfərlərdə olaraq kütləvi aksiya və etirazlarla bağlı konkret plan hazırlamışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir