Modern.az

Fransada 65 min insan yenidən küçələrə çıxdı

Fransada 65 min insan yenidən küçələrə çıxdı

26 Yanvar 2019, 23:23

Fransada “sarı jiletlər” etiraz aksiyasının 11-ci həftəsində 69 min aksiyaçı iştirak edib. Modern.az xəbər verir ki, ötən həftə ilə müqayisədə iştirakçıların sayı azalıb.

 

Məlumata görə, Parisdə 4000 aksiyaçı olduğu qeyd edilib. Bastiliya meydanına toplaşan aksiyaçılar polis tərəfindən dağıdılıb. Qarşıdurmada yaralananlar var. Etiraz aksiyasının təşkilatçılarından olan Jerom Rodrige gözündən yaralanıb.

 

Parisdə və digər böyük şəhərlərdə polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan və su şırnağından istifadə olunub.

 

Nümayişçilər “sarı gecə” aksiyası üçün Respublika meydanına toplaşıblar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?