Modern.az

Kolumbiyada güclü zəlzələ

Kolumbiyada güclü zəlzələ

27 Yanvar 2019, 00:26

Kolumbiyada maqnitudası 5,4 bala qədər olan ardıcıl bir neçə zəlzələ baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kolumbiya Seysmoloji Xidməti məlumat yayıb.

 

Məlumata görə, ilk yeraltı təkanlar yerli vaxtla saat 07:32-də ölkənin ən hündür vulkanı Nevado del Uila yaxınlığında 30 kilometr dərinlikdə qeydə alınıb, daha sonra yerli vaxtla saat 08:10-da 4,4 bal bal gücündə zəlzələlə qeydə alınıb.

 

Kolumbiyanın "Caracol" portalının məlumatına əsasən, yeraltı təkanlar ölkənin paytaxtı Boqotada da hiss olunurdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir