Modern.az

ABŞ miqrantları Meksikaya göndərir

ABŞ miqrantları Meksikaya göndərir

27 Yanvar 2019, 01:02

ABŞ prezident administrasiyası ölkənin cənub sərhədlərinə axışan Latın Amerikası miqrantları ilə mübarizə üçün yeni siyasətə əl atıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Amerikada sığınacaq axtarmaq üçün qanunsuz şəkildə sərhəddi keçən miqrantlar ABŞ-ın immiqrasiya məhkəmələrində onların işlərinə baxılanadək Meksikanın Tixuana şəhərinə geri göndəriləcəklər.

 

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Meksikaya hər gün 20 miqrant göndəriləcək. Bu prosesin yalan bəhanələrlə ABŞ-a qanunsuz keçmək istəyənləri həvəsdən salacağı, sığınacaq üçün leqitim tələblərə uyğun gələn miqrantları isə daha çox resursla təmin edəcəyi bildirilir.

 

Lakin Meksika hökuməti bəyan edib ki, geri göndərilənlərin təhlükəsizliyi, qidalanma, sağlamlıq və yaşayış vəziyyətinə görə məsuliyyət daşımayacaq və yalnız həmin miqrantların əmək bazarında işlə təmininə yardımçı ola bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi