Modern.az

Venesuela diplomatları müxalifətin tərəfinə keçdilər  

Venesuela diplomatları müxalifətin tərəfinə keçdilər   

27 Yanvar 2019, 19:16

Venesuelanın ABŞ-dakı səfirliyinin hərbi attaşesi, polkovnik Xose Silva bəyan edib ki, özünü Venesuela prezidenti elan edən müxalifətçi Xuan Quaydonu dəstəkləyir.

Modern.az xəbər verir ki, bu barədə yanvarın 27-də Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, konsulluğun Hyuston və Nyu-Yorkdakı 2 əməkdaşı da eyni mövqedən çıxış edirlər.

Silva deyib ki, indiki prezident Nikolas Maduronu dövlət başçısı kimi tanımır və hesab edir ki, siyasi rəqiblərinin qətli və yoxa çıxmasına görə Maduro cavabdehlik daşıyır.

Qeyd edək ki, Milli Assambleyanın rəhbəti Xuan Quaydo yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ və bir sıra ölkələr artıq Xuan Quaydonu faktiki prezident kimi tanıyıblar.

Venesuela prezidenti Maduro isə postundan əl çəkməyəcəyini bəyan edib. Hazırda ölkədə fakitiki ikihakimiyyətlilikdir.

Rusiya, Çin, Meksika və Türkiyə açıq şəkildə Maduronu dəstəkləyiblər.


ABŞ, Kanada və 10-dan çox Latın Amerika ölkəsi Quaydónu prezident qismində dəstəkləyib.

Bir neçə Avropa ölkəsi, o cümlədən, İspaniya, Almaniya, Fransa və Britaniya da Quaydonu 8 gün ərzində prezident seçkiləri keçirilməsə, Venesuela prezidenti kimi tanıdıqlarını bildirib. Yunanıstan höküməti isə Maduronu dəstəkləyib.

Şənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Vashingtonu Venesuelada çevriliş hazılamaqda ittiham edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır