Modern.az

Toy keçirilən oteldə uçqun: 15 ölü, 29 yaralı

Toy keçirilən oteldə uçqun: 15 ölü, 29 yaralı

27 Yanvar 2019, 20:19

Otelin divarının  uçması nəticəsində 15 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Peruda qeydə alınıb.

Ölkənin Mülki Müdafiə İnstitutu özünün "Twitter" səhifəsində verilən məlumata görə, hadisə Abankay vilayətində, "Alambar" otelində, toy mərasimində baş verib. Hadisə zamanı  daha 29 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı mərasimin qonaqlarıdır.

İlkin məlumata görə, hadisəyə son günlərdir yağan güclü yağışlar səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır