Modern.az

Haaqada  partlayış: 3 bina zədələndi

Haaqada  partlayış: 3 bina zədələndi

27 Yanvar 2019, 22:21

Bu gün Haaqa şəhərində partlayış olub. Modern.az xəbər verir ki, hadisə barədə RTL portalı məlumat yayıb. Partlayış nəticəsində bir neçə binanın fasadı dağılıb. Hadisə yerinə xilasedicilər və tibb işçiləri gəlib. Portalın məlumatına görə, dağıntılar altında insanlar qala bilər. Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.

 

İlkin informasiyaya əsasən, partlayış üç binanı zədələyib, onların sakinləri təxliyə edilib. Hazırda binaların dağılmasının davam etməsi təhlükəsinin mövcud olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı