Modern.az

Marneulidə “Nərimanov qalmaqalı” - Gürcüstanlı deputat: Azərbaycanla aramızı vurmaq istəyirlər

Marneulidə “Nərimanov qalmaqalı” - Gürcüstanlı deputat: “Azərbaycanla aramızı vurmaq istəyirlər”

28 Yanvar 2019, 12:01

Gürcüstanın Marneuli şəhərindəki Mədəniyyət evinin qarşısında Azərbaycanın dövlət xadimi Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı məlumatlar yayılıb.

Modern.az saytı məsələnin mahiyyətini  daha ətraflı öyrənməyə çalışıb.

Gürcüstanın “Gürcü arzusu” Partiyasının üzvü, qonşu ölkənin azərbaycanlı deputatı Mahir Dərziyev saytımıza açıqlamasında bu gün məsələ ilə bağlı aksiya keçiriləcəyini bildirib:

“Bu gün günorta saatlarında abidənin önündə keçiriləcək aksiyaya qoşulacam. İqtidarın vəkili kimi partiyanın mövqeyini  rayonun merini əvəz edən şəxslə, rayonun bələdiyyə başqanı  ilə müzakirə edəcəm.  Mövqeyim birmənalıdır. Dəfələrlə demişəm ki, Nərimanov mədəniyyət tariximizdə çox önəmli yeri olan şəxsiyyətdir. Nə abidənin, nə də Mədəniyyət evinin Nərimanovun adını daşımasında problem yoxdur”.


“Düzdür, Mədəniyyət evinə Nərimanovun adının verilməməsi onun sosializm dövrünün siması olması ilə izah edilir. Gürcüstanda Azadlıq-xartiyası adlı qanun var.  Bu çox mütərəqqi bir qanundur. Bu qanun keçmiş Pribaltika ölkələrində də qəbul edilib. Qanun mahiyyət etibarilə  sosializm ideologiyasının qalıqlarının aradan qaldırılmasını nəzərdə tutur. Amma bunu heç bir halda Nərimanova şamil etmək olmaz”-deyə deputat əlavə edib.

 


Azərbaycanlı deputatın sözlərinə görə, Nərimanovun Marneuli  rayon mərkəzindəki Mədəniyyət evinin qarşısında ucalan abidəsi Sovet dövründə qoyulub:

“Həmin Mədəniyyət evi də o dövrdə Nərimanovun adını daşıyırdı. Sonralar adların verilməsi ilə bağlı prosedur qaydaları dəyişdiriləndə Nərimanovun adının verilməsi ilə bağlı Marneuli şəhər bələdiyyəsi qərar qəbul etmişdi. Təəssüf ki, o dövrdə proseduru axıra çatdırmamışdılar. Prosedur gərəyi  bələdiyyənin qərarı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli idi. Onlar isə onu qeydiyyatdan keçirməmişdilər. Bununla da məsələ eləcə qalmışdı. Bu gün orada o lövhə durur. Mədəniyyət evi Nərimanovun adınadır. Amma faktiki olaraq Nərimanovun adını daşımır”.


Mahir Dərziyev vurğulayıb ki, məsələnin bu formada ortaya atılmasında maraqlı qüvvələr var:

“Kimsə belə bir ajiotaj yaratmağa çalışır ki, guya oradan Nərimanovun abidəsini götürürlər. Guya, ora Merat Kostavanın adının verilməsi məsələsi gündəmdədir. Merat Kostava Gürcüstan tarixində Gürcüstanın milli azadlıq hərəkatında müstəsna xidmətləri olan insandır. Gürcüstanın dövlət müstəqilliyinin bərpası yolunda həyatını vermiş şəxsiyyətdir. Mən də onun Marneulidə xatirəsinin anılmasını istəyirəm. Şərt deyil ki, Nərimanovun adını daşıyan parka, yaxud da Mədəniyyət evinə Kostavanın adı verilsin. Merat Kostavanın adının verilməsi üçün yetərincə vasitələr var. Hesab edirəm ki, bu məsələni siyasi müstəviyə keçirmək niyyətindədirlər. Seçkilərdən sonra cəmiyyət siyasiləşib. Bununla da qarşıdurma yaratmaq istəyirlər. Ən əsası, Gürcüstanın azərbaycanlı icması kimi nüfuzlu bir elektoratı iqtidardan uzaqlaşdırmaq məqsədi güdürlər. Halbuki, gürcülər hər zaman Nərimanovun nüfuzunu dərk ediblər. Hazırda Nərimanovun adına Gürcüstanda Ev muzeyi fəaliyyət göstərir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir