Modern.az

Deputat Prezidentə və I vitse-prezidentə TƏŞƏKKÜR ETDİ  

Deputat Prezidentə və I vitse-prezidentə TƏŞƏKKÜR ETDİ   

Aktual

28 Yanvar 2019, 16:35

Bu gün - yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

Şəhid ailələri ilə görüş zamanı dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını bildirib.

Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb.  Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.


Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı  imzaladığı yeni Fərmanı alqışlayıblar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı məsələ çoxdandan gündəmdəydi:

“Keçən il cənab prezidentin bununla bağlı Fərman da imzalamışdı. Ölkə başçısının Fərmanına əsasən bir neçə şəhid ailəsinə bu müavinət verilməsinə başlanılmışdı. Amma bu müavinətlərin verilməsi ilə əlaqədar şikayətlər də çox idi. Hətta mən bu məsələni Milli Məclisdə də qaldırmışdım. Bildirmişdim ki, bütün şəhid ailələrinə 11 min manatlıq vəsaiti vermək lazımdır”.

 

Deputat Prezident İlham Əliyevin bütün şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı  imzaladığı yeni Fərmanı yüksək qiymətləndirib:

“Hər zaman ölkə başçısı İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və sosial müdafiəyə ehtiyacı olan insanlara çox böyük diqqət göstərilir. Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Mən ölkə başçısının bu addımını alqışlayıram”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir