Modern.az

Əksər amerikalılar Trampın xarici siyasətini dəstəkləmir

Əksər amerikalılar Trampın xarici siyasətini dəstəkləmir

28 Yanvar 2019, 17:06

Amerikalıların böyük əksəriyyəti (63%) prezident Donald Trampın xarici siyasətini dəstəkləmir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “NORC” tədqiqat mərkəzinin keçirdiyi sorğu göstərir.

 

Trampın xarici siyasətini yalnız 35% amerikalı dəstəkləyir. Paralel olaraq, amerikalıların yalnız 39%-i qoşunların Suriyadan çıxarılmasını dəstəkləyir.

 

Amma 35% rəyi soruşulan ölkə qoşunlarının xarici ölkələrdə hərbi əməliyyatlara cəlb olunmasını dəstəkləmədiklərini də əlavə edib.

 

Tramp 2018-ci ilin dekbarında ABŞA qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş vermişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir