Modern.az

DTP Türkiyəni beynəlxalq məhkəməyə verir

DTP  Türkiyəni beynəlxalq məhkəməyə verir

14 Dekabr 2009, 13:45

Türkiyədə bir qədər əvvəl fəaliyyəti qadağan olunmuş Demokratik Toplum Partiyası Türkiyəni məhkəməyə verir. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə  kürdlərin maraqlarının ifadəçisi kimi çıxış edən DTP-nin lideri Əhməd Türk bildirib. Onun sözlərinə görə, DTP Konstitusiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcək. Türk şikayətin mətninin bu gün açıqlanacağını və rəsmi qəzetlərdə dərc olunacağını deyib.

 DTP-çilər isə bu gün Diyarbəkirdə müşavirə keçirərək gələcək fəaliyyət istqamətlərini müəyyən edəcəklər. DTP-li deputatların parlamentdə yeni bir qrup yaratması gündəmə gələ bilər.

Əhməd Türk istefa vermiş tərəfdarları ilə birlikdə Barış və Demokratik Partiyada birləşəcəkləri və fəaliyətlərini davam etdirəcəklərinə dair məlumatları təkzib edib. Bu cür xəbərləri  spekulyasiya adlandıran  Türk gündəmlərində belə bir məsələnin olmadığını deyib.

 

Bu gün Türkiyə Böyük Millət Məclisində 2010-cu ilin büdcə layihəsi müzakirə olunur. AKP, MHP və CXP-nin iştirak etdiyi müzakirlərdə ilk dəfədir ki, DTP iştirak etməyəcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır