Modern.az

Şəhid ailələrinə qayğı Prezidentin siyasi kursunda mühüm istiqamətdir” - Deputat  

Şəhid ailələrinə qayğı Prezidentin siyasi kursunda mühüm istiqamətdir” - Deputat   

Aktual

29 Yanvar 2019, 11:31

Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım  Mehriban Əliyeva  yanvarın 28-də Prezident  sarayında şəhid ailələri ilə görüşərək, onların problemlərilə maraqlandılar. Ardınca ölkə başçısı şəhid ailələri ilə bağlı yeni Fərman imzaladı. Yeni Fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də 11 min manat birdəfəlik ödəmənin verilməsi tapşırılıb. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Modern.az-a açıqlamasında ölkə başçısının bu addımını alqışlayaraq, dünənki Fərmanın vacib olduğunu vurğulayıb:


“Şəhid ailələrinə göstərilən diqqət  və qayğı  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 1 yanvar 2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər  20 yanvar şəhidi ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər  20  Yanvar hadisələri  zamanı əlil olanlar  Prezident  təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin  şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində  2018-ci ildə  əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə  3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil  verilib. Şəhid ailələrinə  və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən  Prezident  təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Nəticədə bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb”.


R.Əliyev 2018-ci ildə  keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident  İlham Əliyevin imzaladığı ilk Fərmanı xatırladıb:


Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat  birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman  bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla  ölkə vətəndaşlarının  rifahının  yüksəldillməsinə yönələn hümanist addımlardan biri kimi qəbul edilməlidir. Bu Fərman ilə 9531 şəhid  hərbi qulluqçunun vərəsəsinə  nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcək. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi  birdəfəlik  ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq. Dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrildi, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olub. “Aprel döyüşləri bütün dünyaya göstədi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq” deyən Prezident İlham  Əliyev  şəhid ailələrinə  vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar