Modern.az

Paşinyan istefası barədə danışdı

Paşinyan istefası barədə danışdı

29 Yanvar 2019, 17:23

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “RBK” telekanalına müsahibə verib.

 

Modern.az xəbər verir ki, jurnalistin “hansı şərtlər altında istefa verərdiniz” sualına Paşinyan “yalnız xalq bunu tələb edərsə”-deyə cavab verib.

 

Paşinyan  Rusiya qazının ucuzlaşması üçün 2019-cu il ərzində danışıqları davam etdirəcəyini də deyib.

Bundan başqa, opponenti Robert Koçaryanın da qanun qarşısında cavab verəcəyini əlavə edib.

 

“Əgər 10 nəfər ölübsə, buna görə kimsə cavab verməlidir. Koçaryanın həbsi mənim üçün yox, Ermənistan üçün lazımdır. Bu ədalətin bərpasıdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır