Modern.az

AzEdu.az əməkdaşının Cümhuriyyətlə bağlı kitabının təqdimatı keçiriləcək

AzEdu.az əməkdaşının Cümhuriyyətlə bağlı kitabının təqdimatı keçiriləcək

Ədəbi̇yyat

29 Yanvar 2019, 22:16

Sabah Bakı Konqres Mərkəzində "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihənin yekun tədbiri keçiriləcək. Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək "Cümhuriyyət - anılar və anlar" adlı, 416 səhifəlik kitab nəşr edilib. Habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədə kitabın təqdimat törəni keçirilib. Həmçinin türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarx hazırlanıb. 30 yanvarda millət vəkillərinin, alimlərin, yazarların və ictimai faəl gənclərin iştirakı ilə keçiriləcək tədbirdə sözügedən kitab və video-çarx ictimaiyyət nümayəndələrinə təqdim ediləcək, habelə gənc şairlər öz şeirləri ilə çıxış edəcək.

Qeyd edək ki, tədbirin sonunda "Cümhuriyyət - anılar və anlar" kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır