Modern.az

ABŞ  Yaponiyaya raketdən müdafiə sistemi satır

ABŞ  Yaponiyaya raketdən müdafiə sistemi satır

Dünya

30 Yanvar 2019, 01:01

“ABŞ administrasiyası Yaponiyaya 2,15 milyard dollar dəyərində “Aegis” raketdən müdafiə sistemləri satmaq barədə qərar qəbul edib”. Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, kontraktın yerinə yetirilməsi ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına cavab verir: “Bu qərar Asiya-Sakit okean regionunda sabitliyi və iqtisadi inkişafı dəstəkləyən açar müttəfiqlərin təhlükəsizliyini artıracaq”.

 

Qeyd edək ki, bundan öncə ABŞ-ın 2025-ci ilə qədər Yaponiya ərazisində yeni yerüstü radar kompleksi quraşdırmaq niyyətində olduğunu açıqlanmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir