Modern.az

Millət vəkili evinə terror hücumu olan şəxslə görüşüb

Millət vəkili evinə terror hücumu olan şəxslə görüşüb

29 Noyabr 2011, 17:44


“İraq Türkmən Cəbhəsinin sözçüsü Əli Mehdinin evinə terror hücumu olub”. Bunu Modern.az-a açıqlamasında İraqda səfərdə olan millət vəkili Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, Ə. Mehdinin Bağdadın Tisin bölgəsindəki evinin önünə yerləşdirilən üç bomba ard-arda partlayıb və partlayış zamanı bir nəfər ölüb. Millət vəkili bildirib ki, baş vermiş partlayışda 19 nəfər yaralanıb, Ə.Mehdinin evinin qonşuluğundakı binalar da partlayışdan zərər çəkib, İraq Türkmən Cəbhəsinin sözçüsü özü isə partlayışdan sağ qurtula bilib.

Qeyd edək ki, dünən Q. Paşayeva İraq Parlamentinin türk əsilli millət vəkili Jalə Yunus Neftçi və İraq Türkmən Cəbhəsinin rəhbərliyi ilə də görüşüb.

“İraqda qaldığım otelin yaxınlığında isə partlayış baş verib”. Bunu da millət vəklinin özü məlumat verib. O, bildirib ki,partlayış otelin və İraq parlamenti binasının yanında baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb, bir nəfər isə ölüb.  Q. Paşayeva qeyd edib ki, yaralananlar arasında bir millət vəkili də var. O, partlayışdan sonra hər yerə hərbi maşınların və cangüdənlərin müşayiəti ilə getdiklərini bildirib:
“Parlament,bizim qaldığımız Rəşid oteli ciddi güvənlik altındakı Yaşil Bölgədə yerləşir. Amma partlayış burda təhlükəsiz yer olmadığını göstərdi”.

Eyni zamanda qeyd edək ki, Q. Paşayeva Bağdadda beynəlxalq konfransda iştirak edəcək, bir sıra görüşlər keçirəcək, Nəcəf, Kərbala, Kufə, Kazımeyn və Kərkükə gedəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır