Modern.az

“Regionların inkişafı həmişə cənab Prezidentin diqqətində olub” - Tahir Süleymanov  

“Regionların inkişafı həmişə cənab Prezidentin diqqətində olub” - Tahir Süleymanov   

Aktual

30 Yanvar 2019, 17:49

“Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu mənada ötən 15 ildə 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən 3 Dövlət Proramı qəbul olunub və müvəffəqiyyətlə icra edilib. Nəticədə isə regionlarda böyük infrastruktur layihələri həyata keçirilib və yeni iş yerləri yaradılıb”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Süleymanov deyib.

Deputat bildirib ki, son 15 ilin statistikası belə deməyə əsas verir ki, Azərbaycan inamla inkişaf edir:

“İxracın 4.7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olub. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerinin açılmasına şərait yaradıb ki, bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxarıb. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırıb və bütün sahələrin inkişafı üçün zəmin yaradıb. Bu gün bir sıra regionlarımız həmin regional layihələrin həm həyata keçirilməsində öz potensialı ilə iştirak edir, həm də həmin layihələrin verdiyi yeni imkanlardan istifadə edir. Dövlət Proqramının uğurla icrası Azərbaycanın güclü dövlətə çevrilməsində təsirli və həlledici rol oynayan hadisədir. Bu proqram çərçivəsində görülmüş işlər növbəti mərhələdə daha böyük layihələrin icrasına möhkəm baza yaratmaq gücü ilə də xarakterikdir”.

 

Tahir Süleymanov hesab edir ki, növbəti 5 ildə də Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək:

“Görülən bütün işlər əhalimizin və vətəndaşlarımızın sosial vəziyyətinin, maddi rifah durumunun yaxşılaşmasına, təhlükəsizliyimizin, müdafiəmizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə hesablanıb”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!