Arxiv
31 Yanvar 2019, 14:29 | MƏDƏNİYYƏT
Ömər Eldarov Rəsulzadənin hansı heykəlini hazırlayıb? - Heykəltəraşdan AÇIQLAMA  

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər bu gün 135 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakıda qoyulmalı olan heykəli ilə bağlı açıqlama verib.
İsa Qəmbər vaxtilə məşhur heykəltəraş Ömər Eldarov tərəfindən Rəsulzadənin heykəlinin hazırladığını vurğulayıb:

“Rəsulzadənin möhtəşəm bir heykəli hazırlanıb. Heykəltaraş Ömər Eldarovun hazırladığı bu heykəli mən emalatxanada görmüşəm. Ortada siyasi iradə olarsa, başqa heykəltaraşlara da imkan yaratmaq olar. İstənilən halda, Bakıda Rəsulzadənin heykəli qoyulmalıdır”.

İsa Qəmbər deyib ki, o, həmin heykəli 25 il əvvəl görüb:

“Mən bu gözəl sənət əsərini düz 25 il əvvəl-1994-cü ilin yanvar ayında görmüşəm. Müsavat Partiyası olaraq M.Ə.Rəsulzadənin 110 illik yubiley tədbirlərinə hazırlaşırdıq. Türkiyədən Rəsulzadənin silahdaşları-dəyərli ağsaqqallarımız Məhəmməd Kəngərli, Əhməd Karaca və digər dostlarımız gəlmişdi. Onlarla birlikdə məşhur heykəltaraş Ömər Eldarovun emalatxanasına getdik.
Rəsulzadənin möhtəşəm abidəsinin orijinalını orda və həmin gün gördük və hamımız çox bəyəndik!”.

İsa Qəmbərin sözlərinə görə, həmin heykəl Elçibəy hakimiyyətinin qərarı ilə hazırlanmışdı.

Modern.az
saytının əməkdaşı məsələ ilə əlaqədar Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarovla əlaqə saxlayıb.

Belə bir heykəlin hazırlandığını təsdiqləyən Ömər Eldarov həmin abidənin əslində nümunə olduğunu deyib. O bildirib ki, heykəlin hazırladığı vaxt da dəqiq yaddaşında qalmayıb:

“Lap çox vaxt keçib. O zamanlar məndən xahiş edildi ki, Məhəmməd Əmin Rəsulzadənin heykəlinin 2 metrlik nümunəsini hazırlayım. Mən də bunu etdim. daha sonra onun üzərində 4 metrlik əsas heykəl hazırlanmalı idi. Halbuki, Rəsulzadənin heykəli elə nümunə olaraq, qaldı. Yəni əsas heykəl hazırlanmadı.

Əsas heykəlin də Kukla Teatrının qarşısındakı bağda qoyulması nəzərdə tutulurdu. Amma o heykəl hazırlanmadı, 2 metrlik nümunə heykəl isə elə indi də mənim emalatxanamda qalır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb   19 Aprel 2019, 18:23 İstirahət günlərinin HAVASI: Yağış, qar yağacaq   19 Aprel 2019, 18:15 Problemli krediti olanlar kompensasiyaları bu ŞƏRTLƏRLƏ alacaqlar 19 Aprel 2019, 18:07 Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI 19 Aprel 2019, 17:54 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı 19 Aprel 2019, 17:50 ABŞ-a işləyən 300 nəfərlik casus şəbəkəsi çökdürüldü 19 Aprel 2019, 17:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ilkin nizamnamə fondu - 100 min manat 19 Aprel 2019, 17:40 Problemli kreditləri olan vətəndaşlara kompensasiya ödənişi başladı - RƏSMİ 19 Aprel 2019, 17:38 Citibank nümayəndəsi UNEC-də təqdimat etdi   19 Aprel 2019, 17:37 Elmi konfrans “Heydər Əliyev və müasir Azərbaycan təhsili” 19 Aprel 2019, 17:35 İmamoğlu Ərdoğanla görüşündən danışdı: “O məni təbrik etdi, mən də onu” 19 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 19 Aprel 2019, 17:29 İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU 19 Aprel 2019, 17:29 Azərbaycan hərbçiləri NATO-nun təlimində iştirak edib 19 Aprel 2019, 17:10 Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi 19 Aprel 2019, 16:42 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işi barədə Fərman verildi 19 Aprel 2019, 16:35 Prezidentdən sərəncam - 1.9 milyon manat ayrıldı 19 Aprel 2019, 16:34 Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir 19 Aprel 2019, 16:21 Ağac kəsənə 2960 manat cərimə   19 Aprel 2019, 16:19 Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər... 19 Aprel 2019, 16:16 İki universitet Hesablama Palatasının ittihamlarına cavab verdi 19 Aprel 2019, 16:10 Nazirin qəbul vaxtı dəyişdirildi 19 Aprel 2019, 16:08 Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər 19 Aprel 2019, 15:54 Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR 19 Aprel 2019, 15:50 Maksim 400-cü oyununa övladları ilə çıxdı - FOTO 19 Aprel 2019, 15:46 İTV-nin aparıcısının bacısından sonra qardaşı da öldü - Ailə faciəsi 19 Aprel 2019, 15:39 Formula 1-i 90 jurnalist izləyəcək 19 Aprel 2019, 15:38 İcra başçısı problemləri dinlədi 19 Aprel 2019, 15:36 Ermənistanın Qarabağ iştahı artır - Arazboyu ərazilər məskunlaşdırılır 19 Aprel 2019, 15:32 ReAl partiyası parlament seçkilərinə hazırlığa başladı: “İki siyahı üzərində çalışırıq” - ŞƏRTLƏR 19 Aprel 2019, 15:17