Modern.az

Üç ölkə prezidenti Suriyadakı vəziyyəti müzakirə edəcək

Üç ölkə prezidenti Suriyadakı vəziyyəti müzakirə edəcək

Dünya

31 Yanvar 2019, 20:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İranın hökumət başçısı Həsən Ruhani arasında görüş fevralın 14-də Soçidə keçiriləcək. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Onun sözlərinə görə, üçtərəfli görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

 

Qeyd edək ki, Rusiya Prezidentinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov Suriyanın yeni Konstitusiyasının hazırlanması üzrə Komitənin yaxın zamanlarda fəaliyyətə başlayacağını bildirmişdi. O, Komitə üzvlərinin siyahısının hazırlandığını da açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!