Modern.az

Sabiq nazir müavini ABŞ-a ekstradisiya edilir

Sabiq nazir müavini ABŞ-a ekstradisiya edilir

31 Yanvar 2019, 21:56

İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, N.Vilyalobos PDVSA dövlət neft şirkətində müqavilə bağlatdırmaq üçün rüşvət verməsi və əldə etdiyi pulların yuyulması ehtimalı ilə bağlı ədalət məhkəməsi qarşısına çıxarılması üçün ABŞ-a maksimum altı aylıq müddətə ekstradisiya olunacaq.

 

Həmin müddət başa çatdıqda sabiq nazir müavini ona qarşı cinayət işlərinin başlandığı İspaniyaya qaytarılmalıdır.

 

Qeyd edək ki, 2004-2006-cı illərdə vəzifədə işləmiş N.Vilyalobos 2017-ci ilin oktyabr ayında İspaniya ərazisində saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir