Modern.az

Yeni Nissan Altima ilə hisslərini oyat! (FOTOLAR)

Yeni Nissan Altima ilə hisslərini oyat!  (FOTOLAR)

İqtisadiyyat

30 Noyabr 2011, 12:14


Ötən həftəsonu “Nissan Azərbaycan” yenilənmiş Nissan Altima avtomobilini media nümayəndələrinə və ictimaiyyətə təqdim etdi.

Nissan ALTIMA avtomobili müştərilərə 2.5 l benzin mühərriki ilə təchiz olunmuş iki modifikasdiyada təklif olunur. Mühərrik 188 at gücünə malikdir. Avtomobil Pilləsiz Transmissiya Sistemi ilə təchiz olunub.

Dizaynerlər Yeni Altima-nın eksteryerində ön radiator barmaqlığına, fənərlərə və buferə əl gəzdiriblər. İnteryerdə isə funksional salonu yeni multimedia sistemi olaraq rahat parketməni təmin etməyə xidmət edən arxa görüntü monitoru tamamlayır.  

Yeni ALTIMA avtomobilində əsas innnovativ texnologiya olaraq NISSAN-ın ərsəyə gətirdiyi və zaman-zaman bir çox modellərinə tətbiq olunan Pilləsiz Transmissiya Sistemini (CVT) qeyd etmək olar. Pilləsiz Transmissiya Sistemini (CVT) çalışarkən ötürmələr demək olar ki, hiss olunmur və yanacaq sərfiyyatı aşağı düşür.

Nissan Altima-da mümkün altı təhlükəsizlik yastıqları və standart ön oturacaq, fəal başaltılar avtomobildə əyləşənlərin təhlükəsizliyinin təminatıdır.  Bundan başqa avtomobildə bir neçə başqa sistem də mövcuddur ki, təhlükəsizliyi daha təminatlı edir. Məsələn, Şinlərdə Təzyiqə Nəzarət Sistemi şinlərə hava doldurulması səviyyəsinə nəzarət edir. Əgər hər hansı şində təzyiq müəyyən edilmiş göstəricidən aşağı enərsə, bu haqda sürücü dərhal xəbərdar edilir. Digər təhlükəsizlik sistemlərindən Antiblok Əyləc sistemi (ABS),  Əyləc Gücünün Elekton Paylaşdırılması Sistemi (EBD), Dartı Qüvvəsinə Nəzarət Sisteminin adlarını çəkmək olar. Bir sözlə Nissan Altima-da hər kəs özünü təhlükəsiz hiss edə bilər.

Nissan ALTIMA müştərilərə çox sərfəli bir qiymətlə 23 400 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Avtomobili kreditlə əldə etmək üçün bank və sığorta xərcləri daxil olmaqla  4000 AZN ödəmək yetərlidir.   

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir