Modern.az

Türkiyədə ağır qəza: 3 ölü, 13 yaralı - YENİLƏNİB

Türkiyədə ağır qəza: 3 ölü, 13 yaralı - YENİLƏNİB

1 Fevral 2019, 00:26

Türkiyədə qəzaya uğrayan mikroavtobusda 3 hərbiçi həyatını itirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölənlər əsgər Haydar Ateş, Elzem Ateş ve Murat Kazım Aydındır. Hadisə nəticəsində daha 13 nəfər yaralanıb.

 

***

 

Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub.

Bildirilir ki, hadisə nəticəsində çox sayda ölən və yaralanan var.

 

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir