Modern.az

Nazir müavini: “Elə gənclər təşkilatı var ki, qrant müsabiqəsi vaxtı peyda olur”

Nazir müavini: “Elə gənclər təşkilatı var ki, qrant müsabiqəsi vaxtı peyda olur”

Aktual

1 Fevral 2019, 16:37

“Bu gün gənclər siyasəti sahəsində formalaşmış normativ baza var. Dövlət gənclər siyasətinin başlanmasının 25 illiyi çərçivəsində bu il artıq gənclər siyasəti ilə bağlı qanuna yeni əlavə və düzəlişlər olacaq, yeni anlayışlar gətiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib. Nazir müavini qeyd edib ki, qanunun içərisində olan bəndlərdə müəyyən düzəlişlər olacaq və bunlar gənclərin xeyrinə olacaq.

 

"Bu düzəlişlərin hər biri qlobal çağırışlara və dövlətin daxili imkanlarına cavab verir. Bu gün gənclərimiz kifayət qədər vətənpərvər və öz köklərinə sadiqdir. Lakin bəzən formalaşması müasir dövrə düşən gənc ötən zamana qiymət verə bilmir və o vaxta dəyərləndirmir. Bu günki inkişafı görür və hesab edir ki, belə də olmalıdır və daha çox olmalıdır. Kimki o günü görüb yaxşını, pisi ayırır".

 

Nazir müavini qeyd edib ki, bu gün 350-dən çox gənclər təşkilatı fəaliyyət göstərir.

 

"Bu gün onların hər biri o qədər də fəal deyil və biz bunu gözləmirik də. Bunun içərisində hər gün işləyənlər də var, eləsi də vaxtaşırı sıçrayış olur. Eləsi var ki, qrant müsabiqəsi vaxtı peyda olur. Biz hər biri ilə çalışırıq. Biz bununla yanaşı, dövlət qurumları ilə də gənclərlə bağlı işləyirik".

 

İ.Babayev əlavə edib ki, bu gün gənclərin və təşkilatların ideyalarının formalaşdırılması üçün böyük donor sistemimiz var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir