19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi
Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi
02.02.2019, 10:31

Ariz ADBULƏLİYEV

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

 

Erməni əsilli musiqiçilər, bəstəkar və musiqişünaslar, ermənipərəst qurumlar və media mənsubları, erməni diasporları, elm və iş adamları, ermənilərlə iş birliyi qurmuş xarici ölkə rəsmiləri və mədəniyyət, incəsənət mənsubları Azərbaycan musiqisinə qarşı on illərlə apardıqları total “erməniləşdirmə” fəaliyyətini bu gün də davam edirlər. Məsələn, yaxın vaxtlarda Avraam Russo adlı Rusiya müğənnisi (əslində, Rusiyada yaşayan Suriya ermənisi) Üzeyir Hacıbəylinin Əhməd Cavadın şeirinə bəstələdiyi məşhur “Çırpınırdı Qara dəniz” mahnısını erməni dilində “Kamança” adı ilə oxudu.  Mahnı, bildiyimiz kimi, hələ 2014-cü ildə Türkiyənin “Sabah” qəzetində Sayad Nova adlı erməni qusanının (aşığının) bəstəsi kimi təqdim edilmişdi. Lakin Türkiyədə ermənilərin plagiatçı fəallığı sayəsində bu mahnı artıq çoxdan, 2014-cü ildən də əvvəl erməni mahnısı kimi tanınırdı. O vaxt qəzetin yalan məlumatından sonra Azərbaycan Müəllif Hüquqları Agentliyi hüquqi və arxiv sənədləri əsasında hazırladığı rəsmi arayış ilə mahnının musiqisinin Üzeyir Hacıbəyliyə, şeirinin isə Əhməd Cavada məxsus olduğunu rəsmi qaydada sübut etdi.   
  

Ermənilər öz etnik-mental xislətlərinə rəğmən həmin mahnıya münasibətdə oğurluğu yenə davam etdilər və onu bu dəfə də Sayad Novanın “Kamança” mahnısı adı ilə oxudular. Dahi bəstəkarımızın 1918-ci ildə yazdığı mahnının erməni dilində oxunması ilə bərabər, adının dəyişdirilməsi və melodiyasının da, sözlərinin də Sayad Novaya aid edilməsi erməni saxtakarlığının daha bir təzahürüdür. Göründüyü kimi, öz keçmiş xalq musiqiçilərinə və bəstəkarlarına saxta “müəlliflik hüququ” verməyi yaxşı bacarırlar. Əslində, sözügedən plagiat faktı ilə müəllif hüquqlarını, yaradıcılıq nümunələrinin müəllifliyinin qorunmasına dair beynəlxalq hüquq normalarını bir daha pozublar. Birinci dəfə deyil. Ermənilər XIX əsrin sonlarından indiyə qədər bizim xeyli xalq mahnı, rəqs melodiyalarımızı və təsniflərimizi, beləcə, Sayad Novanın adına yazıb, ifa ediblər. Kim bilir, bundan sonra da oğurladıqlarını onun “müəllifliyinə” yazacaqlar.  

İndiyə qədər erməni musiqiçilərinə sual verən yoxdur ki, S.Novanın “bəstələdiyi mahnıların” notu haradadır? Axı S.Novanın not savadı olmayıb, əgər doğrudan da yaradıbsa, deməli, bəstələrini şifahi metodla, yazıya almadan yaradıb. Əgər belədirsə, onda bu qədər melodiyanın, mahnının məhz bu erməni qusanına məxsus olması hansı dəlil və mənbə ilə sübuta yetirilib? Nə sübut var, nə tarixi dəlil, nə də elmi təsdiq. ”Əmma”sı budur ki, bunlar ermənidir və əgər istəsələr, köhnə, saralmış bir vərəqdə S.Novanın adından bir not da yazıb İnternetə qoyarlar.   Amma yenə fərq eləməz. Açıq-aşkar eşidilir ki, Sayad Novaya aid olunan mahnıların hamısı məhz Azərbaycan xalqının musiqi dilindədir. Başqa cür qeyri-mümkündür. Çünki S.Novanı bir aşıq kimi yetişdirən mühit məhz Qərbi Azərbaycanın qədim və zəngin aşıq mühitidir, Azərbaycandilli aşıq musiqisidr, Azərbaycan xalqının folklor və instrumental ifaçılıq sənətidir. Belə musiqi mühitində musiqi qabiliyyətli bir erməninin Azərbaycan kamançasını, sazını çalması və Azərbaycan dilində oxuması tamamilə məntiqli hadisədir.  Amma ermənilər bu həqiqəti çoxdandır qəbul eləmirlər və hələ də S.Novanı “erməni mahnısı” kimi təqdim etdikləri bəzi nümunələrin müəllifi adlandırırlar. Əsl həqiqət isə budur ki, o yalnız şeir yazıb, şeirləri nəşr olunub və ermənilər də onun şəklini qəsdən əlində kamança ilə çəkib “nəğməkar şair”, “bəstəkar qusan” kimi tanıdıblar, kefləri istəyəndə isə bu şeirləri bizim xalq və bəstəkar melodiyaları ilə oxuyurlar. Bəlkə erməni musiqiçiləri bəstəkarlarımızın mahnı melodiyalarını, xalq mahnılarımızı bundan sonra da “Sayad Novanının mahnısı” kimi təqdim edəcəklər? Tamamilə mümkündür. O halda ermənilərin musiqimizə qarşı belə qeyri-humanist, dəymə-düşər, ərköyün, saymazyana və sərbəst plagiatçılıq “zarafatlarına”, özbaşına və qeyri-qanuni davranışlarına, Azərbaycan musiqi mədəniyyətinə qarşı çoxəsrli və məqsədli mənimsəmə fəaliyyətlərinə, təşkilatlanmış total erməni vandalizminə birdəfəlik son qoymalıyıq. Əks halda, ermənilərin musiqi plagiatçılığı bitib-tükənmək bilməyəcək.

Azərbaycan mediasının  yaydığı məlumatdan bəlli olur ki, Əqli Mülkiyyət Agentliyi həmin plagiat faktı barədə araşdırma aparır və onu beynəlxalq hüquqi müstəvidə həll edəcək. Çox yaxşı. Bu qurum həqiqətən də ermənilərin musiqi plagiatlığına qarşı, necə lazımsa, işləyir. Lakin bu  saxtakarlığa, mənəvi və mədəni yaradıcılıq nümunələrinin qanunsuz mənimsənilməsinə qarşı ədalətli mübarizə yalnız bu qurumun üzərinə düşən vəzifə deyil.  

 

Doğrudur, Əqli Mülkiyyət Agentliyinin indiyə qədər Azərbaycan musiqisinə qarşı erməni plagiatlığını ifşa etməsi musiqi ictimaiyyətimiz tərəfindən də böyük razılıqla və dəstəklə qarşılanır.

 

Bununla belə, Azərbaycan musiqi ictimaiyyətinin özünün erməni plagiatlığına qarşı elmi əsaslı mübarizəsi, etiraf edək ki, zəifdir və ya heç yoxdur. Məsələn, hələ indiyə qədər hörmətli Azərbaycan Bəstəkarlar İttifaqında bu məsələlər ətrafında müzakirələr, konfranslar keçirilməmiş, Ü.Hacıbəylinin və digər bəstəkarlarımızın əsərlərinin “erməni musiqisi” adı ilə ifasına, nəşrinə, audio və video yazılışlarına dair hər hansı etiraz bəyanatı verilməmişdir. Halbuki qurumun musiqi tənqidi və etnomusiqişünaslıq bölmələri var. Azərbaycan Bəstəkarlar İttifaqı bir çox respublikaların bəstəkarları və yaradıcılıq təşkilatları ilə, Avropa ölkələrinin musiqi ictimaiyyəti ilə yaxşı əlaqələrə malikdir. Bir də unutmayaq ki, Azərbaycan Respublikası beynəlxalq əqli mülkiyyət hüquqlarına dair bütün rəsmi protokolları imzalayıb. Odur ki, yaradıcı şəxsiyyətlərimizin əsərlərinə və mənəvi, bədii yaradıcılıq nümunələrimizə qarşı hər hansı pozuculuq, saxtakarlıq faktı yaradıcılıq təşkilatlarımızın da reaksiyasına səbəb olmalı və bu ədalətli reaksiyaları beynəlxalq incəsənət ictimaiyyəti, musiqiçilər, müəllif hüquqlarına dair mütəxəssislər bilməlidir.

 

Təəssüf doğuran daha bir acınacaqlı vəziyyət də ali və orta musiqi təhsili müəssisələrindəki mütəxəssislərin erməni plagiatlarına qarşı susması və biganəliyidir. Halbuki musiqi təhsili verən beş ali təhsil müəssisəsində xalq musiqisini, musiqi tarixini, musiqi nəzəriyyəsini, ifaçılıq sənətini, bəstəkarlıq ixtisasını, musiqişünaslığı, muğamşünaslığı, etnomusiqişünaslığı, musiqi tənqidini, musiqi müəllimliyini  tədris edən kafedralar, fakultələr fəaliyyət göstərir və onların heç biri doktor, professor, xalq artisti, əməkdar artist, əməkdar müəllim sarıdan, maşallah olsun ki, korluq çəkmir. Amma cifayda, erməni bizim musiqimizə qarşı onların gözü qarşısında və onlardan çəkinmədən ermənilik eləyir.

Geniş anlamda musiqi ictimaiyyətimizin Azərbaycan musiqisinə qarşı erməni plagiatçılığına münasibətdə ikili və ya gözləmə mövqeyi tutması acı təəssüf doğurmaya bilmir. Elə bil ermənilərin musiqimizi işğal etməsi hər dəfə yeni plagiat baş verəndə yadımıza düşür və sonra hər şey yaddan çıxıb gedir. Halbuki ermənilərin on illərdir məqsədyönlü saxtakarlıq fəaliyyətinə qarşı Azərbaycan musiqi ictimaiyyəti sistemli və məqsədyönlü şəkildə elmi-mədəni mübarizə aparmağa başlamalıdır. Bu sahədə görüləsi iş çoxdan da çoxdur. Ən azı ona görə ki, Ermənistan Qarabağımızı, Qərbi Azərbaycanımızı doğma mənəvi mədəniyyətimiz ilə birlikdə işğal edib və bir də ona görə ki, ermənilərin işğalçılıq və vandalizm siyasəti iki yüz ildir Azərbaycan musiqisini hədəfə alıb. Azərbaycanda fəaliyyət göstərmiş musiqi kollektivləri, erməni musiqiçiləri haqqında artıq Ermənistanda tədqiqatlar aparılmış, bu barədə İnternet çoxsaylı resursları yaradılmışdır. Hətta Ü.Hacıbəylinin xalq çalğı alətləri üçün iki fantaziyası – “Çahargah” və “Şur” fantaziyaları da erməni bəstəkarının musiqi kimi təbliğ olunmuşdur. Habelə xalq mahnı və rəqslərimizi, mərasim musiqimizi, muğam, şikəstə, rəng, təsnif və aşıq havalarımızı on illərlə “erməni musiqisi” adı altında nota, vala, diskə yazıblar, nəşr ediblər, saytlara yerləşdiriblər, “erməni xalq musiqisi” kimi yayıblar, tanıdıblar. 

 

Hansı birini deyəsən...

 

Hətta Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq mahnıları və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda dekabr ayında keçirilən elmi seminar barədə yarım səhifəlik xəbəri respublikamızın xəbər saytları dərc etmək istəmədilər - o saytlar və o mətbu orqanları ki, bir erməninin oxuduğu mahnıdan indi əl-ayağa düşüblər - amma zavallılar bilmir ki, erməninin bizim musiqimizə qarşı elədiklərinin yanında bu, bəlkə də ən kiçiyidir. Ermənilərin saxtakarlığına qarşı mütəxəsisslərimiz tutarlı bir iş görəndə nə dərc edirlər, nə də xəbər yayırlar. Hətta Arif Alışanovun “Mədəniyyət” kanalı da bu seminar barədə 1 dəqiqəlik süjet çəkmək istəmədi. Bu da nəticəsi.

Hansı birini deyəsən...  

 

Hətta aramızda elələri də tapılır ki, “yaxşı musiqi hamınındır, onlara oxumağı qadağan edə bilmərik” deyib, kənara çəkilirlər.

Hansını deyəsən...

 

Ermənilərin  not məcmuələrində, bəstəkar əsərlərində, musiqişünas tədqiqatlarında istənilən qədər saxtakarlıq faktı var. Amma nəinki XX əsrdə, heç XXI əsrdə başlayan musiqi plagiatlığı da bəstəkarlarımız, musiqişünaslarımız və ifaçılarımız tərəfindən ifşa olunmur. Təsəvvür edin, son 30 ildə Azərbaycan ifaçılarından, bəstəkarlarından, musiqişünaslarından, musiqi müəllimlərindən heç biri ermənilərin musiqi plagiatlarını beynəlxalq elmi konfranslarda, nüfuzlu elmi jurnallarda ciddi elmi problem kimi qaldırmayıb. Müasir dövrdə “Muğam aləmi” beynəlxalq konfranslarında, Üzeyir Hacıbəyli Beynəlxalq Festivallarında da bu barədə bəstəkar, musiqişünas və ifaçılardan heç kim məruzə etməyib. Bəlkə, bizimkilər belə mövzunu konfransa buraxmazlar deyə, onunla heç kim maraqlanmayıb?

 

Hansını deyəsən...

 

Son hadisədə daha bir məsələ də təəssüf doğurur: Faiq Sücəddinovun Azərbaycan Əqli Mülkiyyət Agentliyində musiqi eksperti olması.

 

Xalq artisti, professor Faiq Sücəddinova professional bəstəkar kimi, xüsusilə mahnı bəstəkarı kimi hamı hörmət edir, mahnılarına dəyər verilir. Amma inanın, bu vəzifə - istər ictimai əsasla olsun, istər maaşla, fərq etməz, qətiyyən onun işi deyil. Diqqət edin, bu bəstəkar həmin mahnının Ü.Hacıbəyliyə aid olmasını, Azərbaycan musiqisinə mənsubluğunu “Şur” təsnifi ilə (?) əsaslandırmağa çalışır. Üzeyir bəyin mahnısının motivləri əsasında S.Rüstəmovun və E.Sabitoğlunun da şur təsnifinə oxşar mahnı yazdığını söyləyir. Bu cür qarmaqarışıq, inandırıcı olmayan ekspert rəyi nəyə lazımdır, kimi aldatmaq üçündür? Əgər bir gün erməni musiqiçiləri bizim bu musiqi ekspertinin həmin  anti-arqumentinə gülsələr, təəccüblənməyin.  Axı bu bəstəkarın “arqumentləri” həmin plagiatın, necə deyərlər, “yanından keçə də bilmir”. Bu faktı ifşa etmək üçün ekspertin tutarlı elmi məntiqi, tutarlı və inandırıcı sübutu-dəlili, təhlili, çoxsahəli mütaliəsi olmalıdır. Əksinə, muğam və məqamlarımızı sübut-dəlil kimi hər dəfə erməni plagiatlığına qarşı qoyanda onlara bu gərəksiz “elmi sübutumuzla” qol-qanad vermiş oluruq. Çünki qəti əmindirlər ki, belə “sübut”lara dünya inanmır və onlara elmi sübut kimi yanaşılmır.  

Faiq Sücəddinov yalnız bəstəkardır və elmdən, tədqiqatdan, erməni plagiatı kimi çətin məsələlərindən uzaqdır. Onu haqlı olaraq yeni  mahnı və ya iri əsər yaratmaq, media ilə ünsiyyət qurmaq, yeni bədii ideya tapmaq, yeni aranjiman və harmoniya aramaq, müğənnilərlə iş birliyi düzənləmək, əsərləri studiyada yazdırmaq, notları nəşr etdirmək, televiziyada hər dəfə parlaq görsənmək, yüksək qonorar almaq kimi məsələlər daha çox məşğul edir. Bu baxımdan, o, bir bəstəkar kimi musiqi eksperti vəzifəsini yerinə yetirərək erməni plagiatlığını sübut və ifşa etmək iqtidarında deyil, bu plagiatlığı elmi zəmində araşdıra bilən elmi informasiyaya və biliyə də malik deyil. O, bədii istedad və professional təcrübə sahibidir, yaxşı və sevilən mahnıların müəllifidir. Musiqi mədəniyyətimizə qarşı aparılan informasiya və ideologiya müharibəsində düşmənə məhvedici zərbə endirməyə isə onun güclü elmi silahı yoxdur. Belə ciddi məsələni populizmlə həll etmək mümkün deyil. Görünür, elə bu cür ekspertlərimizin, mütəxəssislərimizn səbəbindən də  ermənilər bizim musiqimizlə və bəstəkarlarımızla istədikləri vaxt, necə deyərlər, “məzələnirlər”.        

Bu məsələdə Azərbaycanın televiziya kanallarının da ciddi tənqidə ehtiyacları var. Mən televiziya mütəxəssisi və tənqidçisi olmasam da, tələbkar tamaşaçıyam. Çoxları kimi mən də görürəm ki, telekanalların “Ostap Bender”ləri “şou proqram”, “mahnı”, “musiqi”, “mentalitetin tənqidi” vasitəsilə qeyri-qanuni biznes qurublar. Kanallarda savadıslıq, özbaşınalıq, sərhədsizlik, lağlağı, mənasızlıq, qeyri-peşəkarlıq, istedadsızlıq, ideya və mövzu böhranı, təkrarçılıq, dostbazlıq, tanışbazlıq, ələbaxmlılıq, cəzasızlıq baş alıb gedir, bitmək bilmir. Hərəsinin də yanında öz “eksperti”, başı üzərində şəriki-himayədarı-şefi mil kimi dayanıb. Onlara baxanda düşünürsən ki, görəsən televiziya kanalları niyə ermənilərin tariximizə, mədəniyyətimizə, alətlərimizə, musiqimizə qarşı səngiməyən saxtakarlıqları barədə illərlə silsilə proqramlar, layihələr həyata keçirmirlər. Bəlkə televiziya kanallarındakı “gülən, gülümsəyən və güldürən bəxtəvərlərin” bunların heç birindən xəbəri yoxdur? Bəlkə onlar 1987-cı ildən bəri Qarabağa və millətimizə atılan toplardan diksinməyirlər?

Bəlkə “bu mövzulara xalqın marağı yoxdur”, “bu mövzu reytinq gətirmir” kimi yalançı bəhanələrini əldə rəhbər tutub, “hırıldamaq və dingildəmək fəaliyyəti” üzərində illərlə yeni-yeni əyləncələr, şou proqramları, layihələri və verilişləri, komediyalar yayırlar? Elə buna görə də erməni mövzusu bunların nəyinə lazımdır? Doğrusu, elə bildim ki, axşam televiziya kanalları musiqişünaslıq mütəxəssislərini dəvət edib, Ü.Hacıbəylinin oğurlanan mahnısı barədə aktual müzakirə aparacaqlar. Axı özgə vaxt Üzeyir bəylə fəxr etdiyimizi deyirlər. Amma bu dəfə olmadı. Bir erməni nə vaxt bizim bir mahnımızı oğurlayıb oxuyursa, xəbər proqramlarında 1-2 dəqiqəlik məlumat verirlər, vəssalam. Bu da olur bizim telekanallar sayağı “erməni plagiatlığını ifşa etmək və əhalini məlimatlandırma və maarifləndirmək”.

Hansı birini deyəsən.  

 

Bu minval ilə Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi, erməni saxtakarlığı, erməni plagiatlığı, erməni özbaşınalığı azad və sərbəst bir şəkildə, heç bir maneə olmadan davam etməkdədir. Ermənilərin bu cür bədnam, saxtakar, qeyri-humanist, şovinist əməllərinin qarşısında, Üzeyir bəyin təbirincə desək, papağımızı başımıza nə sayaq qoyaq ki...    


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV