Modern.az

ABŞ 1987-ci il müqaviləsinə “əlvida” dedi – Raketlərlə bağlı yeni razılaşma  imzalana bilər

ABŞ 1987-ci il müqaviləsinə “əlvida” dedi – Raketlərlə bağlı yeni razılaşma  imzalana bilər

Dünya

2 Fevral 2019, 11:52

ABŞ fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib.

 

Modern.az saytının məlumatına görə, ABŞ dövlət katibi Maykl Pompeo Rusiyanı Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair müqavilənin şərtlərini pozmaqda ittiham edib.

 

Bu arada, Ağ Evdəki mənbə “Reuters”ə deyib ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə alternativ raket müqaviləsinin imzalana biləcəyi anonsunu verib.

 

Bildirilib ki, Tramp gələcək razılaşmanın detallarını müzakirə etmək üçün tərəflərin Ağ Evdə toplaşacağına ümid edir.

 

Qeyd edək ki, 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?