Modern.az

Prezident seçkiləri ilə bağlı sənəd qəbulu başa çatdı

Prezident seçkiləri ilə bağlı sənəd qəbulu başa çatdı

Dünya

3 Fevral 2019, 20:06

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması məqsədilə sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt bu gün başa çatıb. Modern.az xəbər verir ki, bu barədə “Azərtac”a Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, namizədlərin qeydə alınması prosesi fevralın 8-də başa çatacaq. Artıq 28 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Prezidentliyə namizəd olmaq istəyən 74 nəfər sənədlərini MSK-ya təqdim edib.

 

Qeyd edək ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı