Modern.az

Minik avtomobili insanların üzərinə sürüldü: 1 ölü, 9 yaralı

Minik avtomobili insanların üzərinə sürüldü: 1 ölü, 9 yaralı

3 Fevral 2019, 20:41

Çinin Şanxay şəhərində minik avtomobili insanların üzərinə sürülüb. Modern.az xəbər verir ki, şəhərin İctimai Təhlükəsizlik İdarəsinə istinadən verdiyi məlumata görə, Xuanpu rayonunda Süytzyaxuey və Dapu küçələrinin kəsişməsində baş verən insindet nəticəsində 1 nəfər həlak olub. Hadisə nəticəsində daha 9 nəfər isə xəsarət alıb.

 

Polisin məlumatına əsasən, insidentə səbəb avtomobilin 31 yaşlı sürücüsünün gözlənilmədən idarətetməni itirməsi olub.

 

Müxtəlif dərəcədə xəsarətlər almış 9 nəfər xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır