Modern.az

Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu  

Saakaşvilinin Gürcüstana qayıdış qərarını açıqlayacağı gün bəlli oldu  

Dünya

4 Fevral 2019, 12:01

Gürcüstanda sonuncu prezident seçkilərindən sonra  eks-prezident Mixail Saakaşvilinin  geri çəkildiyi hiss olunur.  Bir vaxtlar Gürcüstana gəlməyə can atan Saakaşvili sanki bu gün mübarizədən əlini geri götürüb.

Müxalif Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı  Azər Süleymanov isə Modern.az-a açıqlamasında bu  fikirlərlə razılaşmadığını bildirib.

“Saakaşvili siyasi mübarizədən geri çəkilməyib.  Avropada, Amerikada yaşayan bütün Gürcüstanlıları ətrafına toplayır.  Fevralın 10-da bütün emiqrantlarla görüş keçirəcək. Hamımız səbirsizliklə fevralın 10-nu gözləyirik. Həmin gün qərar veriləcək. Hansı qərarın necə  veriləcəyi  həmin gün bəlli olacaq. Saakaşvili artıq Amerikanın bütün ştatlarında görüşlər keçirib. Fevralın 10-da Brüsselə yaxın bir şəhərə emiqrantlarla toplaşacaq”.

Azərbaycanlı deputat Saakaşvilinin Gürcüstana qayıtmaq fikrinin hər zaman aktual olduğunu söyləyib:

“Saakaşvilinin emiqrantlarla birgə birbaşa Gürcüstana qayıtmaq fikri də var. Fikirlərinizlə razı deyiləm. Saakaşvili gündəmdən düşməyib. Xalq Saakaşvilini dəstəkləyir. Gürcüstan dövləti bu gün çətin durumdadır. Ona görə də Saakaşvilinin Gürcüstana gəlməsi çox vacibdir”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır